6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Paşinyan: "Ermənistan hökuməti TRIPP layihəsinin icrasına artıq faktiki başlayıb"

Paşinyan: "Ermənistan hökuməti TRIPP layihəsinin icrasına artıq faktiki başlayıb"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin "Tramp marşrutu" (TRIPP) layihəsinin icrasına faktiki olaraq artıq başladığını bildirib.

"PostMedia" xəbər verir ki, Paşinyan bu sözləri noyabrın 2-də 2027-ci il dövlət büdcəsi layihəsini müzakirə edən parlamentin daimi komitələrinin birgə iclasında deyib.

"Proseslərin növbəti mərhələləri təşkil olunmamışdan əvvəl də Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsini sifariş etmək təşəbbüsü ilə çıxış edəcək. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri ona təhvil verəcək", — deyə Baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, layihə Ermənistana 30 ildən artıqdır davam edən blokadanı aşmağa imkan verəcək.

"Şübhə yoxdur ki, TRIPP layihəsinin icrası Ermənistanı həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində blokadadan çıxaracaq. Lakin bütün bu yolların açılması o demək deyil ki, bütün infrastruktur TRIPP layihəsinin tərkib hissəsi olacaq. Layihəyə Yerasx–Karçevan dəmir yolu, həmçinin elektrik ötürücü xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft kəmərləri ilə bağlı məsələlər sonrakı mərhələdə müzakirə ediləcək", — deyə Paşinyan söyləyib.

Foto: News.am

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30