6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

TURİZM

Rusiyadan Ermənistan və Gürcüstana gedən turistlər üçün yeni dəmir yolu kruizi təşkil ediləcək

23-sentyabr-2026, 17:45
Rusiyadan Ermənistan və Gürcüstana gedən turistlər üçün yeni dəmir yolu kruizi təşkil ediləcək
Yazı Ölçüsü:

Rusiyadan Ermənistan və Gürcüstana gedən turistlərə üç gün ərzində otel dəyişmədən Ermənistan və Gürcüstana səfər etmək imkanı verəcək yeni beynəlxalq dəmir yolu kruizinin təşkil olunacaq.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, ilk səfərin 2026-cı il oktyabrın 30-da həyata keçirilməsi planlaşdırılır.

Səfər üç gün və iki gecə davam edəcək və İrəvanla Tbilisi arasında həyata keçiriləcək. Proqram çərçivəsində qatar həm nəqliyyat vasitəsi, həm də gecələmə yeri kimi istifadə olunacaq. Turistlər gün ərzində ekskursiyalara gedəcək, gecələr isə qatar marşrutun növbəti dayanacağına doğru hərəkətini davam etdirəcək.

Bu format səyahətçiləri hər gün yeni otelə yerləşmək və baqajlarını daşımaq zərurətindən azad edəcək. Gündüz ekskursiyalarından sonra turistlər qatara qayıdacaq və şəhərlər arasında hərəkət zamanı burada gecələyə biləcəklər.

Marşrut İrəvandan başlayacaq. Proqramın ilk günü turistlərə Ermənistan paytaxtının əsas görməli yerləri, o cümlədən Maştots və Baqramyan prospektləri, Kaskad və Şimali prospekt göstəriləcək.

Daha sonra qatar Gürcüstana yola düşəcək. Tbilisidə səfər iştirakçıları üçün şəhər üzrə ekskursiya proqramı təşkil olunacaq. Bundan sonra qatar İrəvana qayıdacaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930