6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

OĞURLUQ | Dünya

Şimali Koreya "Binance"dan 6,3 milyard dollarlıq kriptovalyuta oğurlayıb - FTB

Şimali Koreya "Binance"dan 6,3 milyard dollarlıq kriptovalyuta oğurlayıb - FTB
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyanı "Binance" kriptovalyuta birjasına kiberhücum edərək 6,3 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlamaqda ittiham edib.

"PostMedia" xəbər verir ki, bu barədə FTB-nin rəsmi saytında yayılan bəyanatda deyilir

Sənədə görə, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) təxminən 29 oktyabr 2026-cı ildə "Binance" platformasından 6 milyard dollardan çox dəyərində virtual aktivin oğurlanmasına görə məsuliyyət daşıyır.

Amerikalı müstəntiqlərin qənaətinə görə, rekord miqyaslı oğurluğun arxasında “TraderTraitor” adı ilə tanınan Şimali Koreya haker qrupu dayanır. FTB bildirir ki, kibercinayətkarlar oğurlanmış vəsaitləri “Ethereum” blokçeyn şəbəkəsinin kriptovalyutası olan “Ether”ə çevirməyə başlayıblar.

Bəyanatda qeyd olunur ki, oğurlanmış aktivlərin sonrakı mərhələdə “DeFi” (mərkəzləşdirilməmiş maliyyə) xidmətləri və ani mübadilə platformaları vasitəsilə konvertasiya edilərək yuyulması gözlənilir. Bu üsullar vəsaitlərin leqallaşdırılmasının növbəti mərhələlərinə hazırlıq kimi istifadə olunur.

“DeFi” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən maliyyə xidmətlərini əhatə edir. Ani mübadilə platformaları isə bankların və ənənəvi vasitəçilərin iştirakı olmadan bir kriptovalyutanı digərinə sürətlə çevirməyə imkan verir.

FTB “TraderTraitor” qrupunun üzvlərinin oğurlanmış aktivlərin yuyulması üçün istifadə etdiyi təxminən 500 “Ethereum” ünvanının siyahısını dərc edib. Qurum kriptovalyuta platformalarını, “DeFi” xidmətlərini və blokçeyn analitikası ilə məşğul olan şirkətləri həmin ünvanlarla əlaqəli əməliyyatları bloklamağa çağırıb.

Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ın məlumatına görə, platformanın 335 milyon istifadəçisi var. "Crypto.com" platformasının təqdim etdiyi məlumatlara əsasən isə dünyada kriptovalyuta sahiblərinin sayı 741 milyon nəfərdir.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30