6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

EKOLOGİYA

Xəzər dənizinin səviyyəsi son 48 ilin ən aşağı həddinə düşüb

30-sentyabr-2026, 23:39
Xəzər dənizinin səviyyəsi son 48 ilin ən aşağı həddinə düşüb
Yazı Ölçüsü:

Xəzər dənizinin su səviyyəsi son 48 il ərzində ən aşağı göstəriciyə enib.

"PostMedia" xəbər verir ki, mütəxəssislərin məlumatına görə, son 30 il ərzində Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb. Sahilyanı ərazilərdə suyun geri çəkilməsi 1,5 metrdən çox olub.

Mütəxəssislər dəniz səviyyəsinin azalmasının əsas amilləri arasında iqlim dəyişikliklərini və qlobal istiləşməni göstərirlər. Bununla yanaşı, Xəzər dənizinin səviyyəsi çay axınının həcmi və buxarlanma da daxil olmaqla, bir sıra təbii amillərin mürəkkəb kombinasiyasından asılıdır.

Davam edən dayazlaşma təkcə regionun ekologiyası üçün deyil, digər sahələr üçün də nəticələr yarada bilər. Ekspertlərin qiymətləndirməsinə görə, su səviyyəsinin azalması sahilyanı ərazilərə, gəmiçiliyə, neft-qaz sənayesinə və Xəzər dənizinin biomüxtəlifliyinə təsir göstərə bilər.

Səviyyənin dəyişməsi artıq sahilyanı infrastruktur və iqtisadi fəaliyyət üçün şəraitə təsir edir. Suyun daha da geri çəkilməsi ayrı-ayrı ərazilərdə gəmiçiliyi çətinləşdirə və sahilyanı ekosistemlərin vəziyyətini dəyişə bilər.

Xəzər dənizi planetin ən böyük qapalı su hövzəsidir və onun səviyyəsi təbii olaraq əhəmiyyətli dəyişikliklərə məruz qalır. Lakin hazırda müşahidə olunan uzunmüddətli azalma tendensiyası narahatlıq doğurur.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031