6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

AQRO

Moskva ərzaq məhsullarının ixracında Azərbaycanı əsas istiqamətlərdən biri kimi göstərib

17-avqust-2026, 17:30
Moskva ərzaq məhsullarının ixracında Azərbaycanı əsas istiqamətlərdən biri kimi göstərib
Yazı Ölçüsü:

Son beş ildə Moskvada ərzaq sənayesi müəssisələrinin gəlirləri təxminən 80 faiz artıb. "PostMedia" xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 2030-cu ilə qədər bu göstəricinin daha 45 faiz artaraq 1,2 trilyon rubla çatacağı gözlənilir.
Hazırda şəhərdə ərzaq sənayesi üzrə təxminən 360 müəssisə fəaliyyət göstərir və bu sahədə 65 mindən çox insan çalışır.
Moskva müəssisələrinin istehsal etdiyi məhsullara Rusiyanın müxtəlif regionlarında tələbat var. Süd məhsulları və qənnadı məmulatları 77 regiona, kolbasa məhsulları 81 regiona, balıq məhsulları isə 75 regiona göndərilir.
Sobyanin bildirib ki, xarici ölkələrə tədarüklər də davamlı olaraq artır. Moskva ərzaq məhsullarının əsas ixrac istiqamətləri arasında Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstanı qeyd edib.
Moskva meri ərzaq sənayesində artım dinamikasına nail olunmasında iri investisiya layihələrinin mühüm rol oynadığını vurğulayıb. Şəhər investorları sənaye müəssisələrinin tikintisi üçün torpaq sahələri ilə güzəştli şərtlərlə təmin edir.
Sobyaninin sözlərinə görə, gələcəkdə Moskvada mövcud ərzaq istehsalının modernləşdirilməsi, məhsul çeşidinin genişləndirilməsi və müəssisələrin səmərəliliyinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31