Türkmənistanda MDB sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri ilə rəsmi görüşlər nəzərdə tutulmayıb.
"PostMedia" xəbər verir ki, bunu oktyabrın 8-də keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan xatırladıb ki, bir gün əvvəl Vladimir Putinlə telefon danışığı aparıb və onu doğum günü münasibətilə təbrik edib. Baş nazir əlavə edib ki, Putin və Əliyevlə təxminən bir ay əvvəl görüşüb, Türkmənistanda keçiriləcək görüş formatı isə birbaşa ünsiyyəti nəzərdə tutur və buna görə də təmaslar olacaq. “Rəsmi görüşlər nəzərdə tutulmayıb”, — deyə baş nazir dəqiqləşdirib. Bununla yanaşı, o qeyd edib ki, əvvəllər də hansısa məsələni müzakirə etmək zərurəti yarandıqda, görüşün keçirilməsi barədə yerindəcə qərar verildiyi hallar olub.