6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp administrasiyası İranın yüksək vəzifəli şəxslərinə sui-qəsd imkanını müzakirə edir - NBC

Tramp administrasiyası İranın yüksək vəzifəli şəxslərinə sui-qəsd imkanını müzakirə edir - NBC
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının rəsmilərinin İranda hakimiyyətdə olan yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd əməliyyatlarının həyata keçirilməsi məsələsini müzakirə etdiyi iddia olunur.

"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" telekanalı adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyasında İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin hədəfə alınması ehtimalı gündəmdədir.

Mənbələrin bildirdiyinə görə, belə əməliyyatları dəstəkləyən administrasiya rəsmiləri hesab edirlər ki, İran rəhbərliyinin nümayəndələrinin aradan götürülməsi Trampa müharibəni başa çatdırmaq imkanı verə bilər.

Onların fikrincə, bu addım İran rəhbərliyində sağ qalan şəxslərə ABŞ-ın istənilən vaxt ölkə rəhbərlərini müəyyən edə, hədəfə ala və öldürə biləcəyi barədə açıq mesaj göndərə bilər.

Təklifə qarşı çıxan rəsmilər isə belə bir əməliyyatın İranda sağ qalan rəhbər şəxslərin mövqelərini gücləndirə biləcəyi və müharibənin başa çatdırılması ilə bağlı gələcək danışıqların etibarlılığına xələl gətirəcəyi barədə xəbərdarlıq edirlər.

Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30