6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Vuçiç öldürülməklə hədələndiyini açıqlayıb

Vuçiç öldürülməklə hədələndiyini açıqlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç öldürülməsi ilə bağlı təhdidlər aldığını, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermədiyini bildirib.

"PostMedia" yerli KİV-ə istinadən xəbər verir ki, Vuçiç polisə müraciət etməməsini ölkədə faktiki olaraq “polisin mövcud olmaması” ilə izah edib.

O, “Tələbə siyahısı” siyasi qüvvəsini ölkənin problemlərinin həllində maraqlı olmamaqda ittiham edib. Vuçiçin sözlərinə görə, bu siyasi qüvvə yalnız keçmiş hakimiyyət nümayəndələrinə qarşı təqibləri davam etdirməyə çalışır.

“Onları problemlər maraqlandırmır. Onların yeganə məqsədi təqibləri davam etdirməkdir. Mütləq hakimiyyəti ələ keçirmələrindən bir ay ötür. Küçələrə nəzarət edir, öz silahlı qanadları olan "Vraçar" cinayətkar qruplaşması vasitəsilə hakimiyyətlərini həyata keçirirlər.

Müraciət edəcəyim heç kim yoxdur, çünki polis faktiki olaraq mövcud deyil. Dünən həmin cinayətkar qruplaşmadan ölümlə hədələndiyim barədə mesaj aldım. Mənə açıq şəkildə bildirildi ki, məni öldürəcəklər”, – deyə Vuçiç vurğulayıb.

Sabiq prezident əlavə edib ki, polisə müraciət etməyin mənası yoxdur. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları indiyədək sözügedən cinayətkar qruplaşmanın bir nəfər də olsun üzvünü həbs etməyib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30