Mövsümün ortasında Maykl Kerrik "Manchester Yunayted"in baş məşqçisi vəzifəsindən azad edilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Bu qərarla klub son 13 ildə səkkizinci baş məşqçisini axtarmağa məcbur olub.
Kerrik son dövrdə "Manchester Yunayted"də işdən çıxarılan üçüncü baş məşqçidir. O, klubla iki illik müqavilə imzalasa da, cəmi 15 oyundan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Təxminən 10 ay komandaya rəhbərlik edən Kerrikin yerini Mauritsio Poçettinonun tutacağı bildirilir.