6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Avropa İttifaqı Rusiyanın 15 neft emalı zavoduna sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyanın 15 neft emalı zavoduna sanksiya tətbiq edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Avropa İttifaqı Rusiyanın 15 neft emalı zavoduna qarşı sanksiyalar tətbiq edib.

"PostMedia" "Interfax"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalı məlumat yayıb.

Sanksiya siyahısına Moskva və Omsk neft emalı zavodları, "Gazprom Neft"ə məxsus olan zavodlar daxildir. Saratov zavodu "Rosneft"in, Xabarovsk zavodu isə "Surgutneftegaz"a nəzarət edilən NNK şirkətinindir. Bundan başqa, "Kirişineftorqsintez", Orsk zavodu ("Forteinvest"), Salavat zavodu ("Gazprom neftekhim Salavat") və TAIF-NK də siyahıya salınıb.

Məhdudiyyətlər "Rusinvest"ə, yəni Tümen neft emalı zavodunun sahibinə də tətbiq edilib. Sanksiya altına Ilsk və Novoşaxtinsk zavodları, "Slavyansk ECO" və üç kiçik zavod düşüb: Usinskdə zavoda nəzarət edən "Yenisey" MMC, Mari zavodunun sahibi "Balçuq-Petroleum" və "Volxov ECO".

Siyahıya həmçinin "Peterburqski neft-doldurma terminalı" da daxil edilib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30