Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcək.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə 55-65 % təşkil edəcək.
Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin gündüz Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağıntı gözlənilir. Dağlıq ərazilərdə qar yağacaq. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 15-19 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti gözlənilir.