İspaniyada baş vermiş yüksək sürətli qatar faciəsində ölənlərin sayı 69 nəfərə yüksəlib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, hadisədən zərər çəkənlərdən 50 nəfər hələ də xəstəxanada qalır.
"Anadolu" agentliyinin yazdığına görə, faciədən sonra idarəetmə mərkəzində qəbul edilən qərarlar diqqət mərkəzindədir. Eyni zamanda, dəmir yolunda təhlükəsizliyin insan nəzarətinə əsaslanması ilə bağlı əvvəllər səsləndirilmiş xəbərdarlıqlar yenidən gündəmə gəlib.
TASS-ın məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes faciənin bütün təfərrüatlarının araşdırılacağını vəd edib.
"DW Türkçe" yazır ki, bu, ölkədə həmin il ərzində baş verən ikinci qatar faciəsidir. Nəşrin qeyd etdiyinə görə, seçimlərə həftələr qalmış Sançes hökuməti üzərində təzyiq artır.
Faciənin səbəbləri barədə rəsmi nəticə hələ açıqlanmayıb.