6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyanın Protokol Xidmətinə rəhbər axtarırlar

22-oktyabr-2026, 15:27
Paşinyanın Protokol Xidmətinə rəhbər axtarırlar
Yazı Ölçüsü:
Ermənistan hökuməti Dövlət Protokolu Xidmətinin rəhbəri vəzifəsinin tutulması üçün açıq müsabiqə elan edib.
"PostMedia" xəbər verir ki, namizədlər qarşısında bir sıra mühüm tələblər qoyub.

Müsabiqədə iştirak etmək istəyən şəxslərdən özəl və ya dövlət sektorunda böyük tədbirlərin, danışıqların təşkili və logistika məsələlərinin həlli sahəsində azı 7 il iş təcrübəsi tələb olunur. Eyni zamanda, namizədlərin azı 3 il rəhbərlik və ya mürəkkəb təşkilati proseslərin idarə edilməsi təcrübəsi olmalıdır. Onlar dövlət və diplomatik protokol, beynəlxalq münasibətlər, həmçinin müvafiq qanunvericilik üzrə dərin biliklərə malik olmalıdırlar. Dil bilikləri baxımından erməni dilini mükəmməl bilməklə yanaşı, ingilis və rus dillərini də şifahi və yazılı formada ən azı C1 səviyyəsində mənimsəmək şərti qoyulub. Namizədlərdən güclü idarəetmə və təşkilatçılıq bacarıqları, yüksək kommunikasiya qabiliyyəti, həmçinin diplomatik nəzakət və təmsilçilik bacarığı tələb olunur. Bununla yanaşı, müasir texnologiyalardan, xüsusilə də süni intellekt alətlərindən sərbəst istifadə etmək bacarığı əsas şərtlərdəndir.

Müsabiqə bir neçə mərhələdən ibarət olacaq. İlk olaraq təqdim olunan sənədlər və motivasiya məktubları qiymətləndiriləcək və namizədlərin qısa siyahısı hazırlanacaq. İkinci mərhələdə dövlət protokolu üzrə nəzəri biliklər yazılı şəkildə yoxlanılacaq. Növbəti mərhələdə namizədlər praktiki situasiya tapşırığını yerinə yetirəcək və bundan sonra strukturlaşdırılmış müsahibə mərhələsi keçiriləcək. Sonda isə nəticələr ümumiləşdiriləcək və ən yüksək bal toplamış üç namizəd yekun qərar qəbul edilməsi üçün Ermənistanın baş nazirinə təqdim olunacaq.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031