6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Tramp Vahid Ələkbərovun şirkətinə əlavə 1 ay vaxt verdi

22-oktyabr-2026, 01:05
Tramp Vahid Ələkbərovun şirkətinə əlavə 1 ay vaxt verdi
Yazı Ölçüsü:
ABŞ Maliyyə Nazirliyi Rusiyanın “LUKoil” neft şirkətinin xarici aktivlərinin satışı ilə bağlı danışıqlar aparmağa və ilkin razılaşmalar imzalamağa imkan verən lisenziyanın müddətini 2026-cı il noyabrın 21-dək uzadıb.
"PostMedia" xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) oktyabrın 21-də dərc etdiyi sənəddə bildirilir.
İcazə “Lukoil International GmbH” (LIG) və ona məxsus şirkətlərin satışı, ötürülməsi və ya özgəninkiləşdirilməsi ilə bağlı danışıqların aparılmasına, eləcə də şərti müqavilələrin bağlanmasına şamil olunur.
Bununla belə, həmin müqavilələrin icrası yalnız OFAC-dan ayrıca icazə alındıqdan sonra mümkündür.
Lisenziya, həmçinin, LIG-nin xarici bölmələrinin fəaliyyətini davam etdirmək və ya onların bağlanmasını təmin etmək üçün zəruri əməliyyatların aparılmasına imkan verir.
Sənəd dondurulmuş aktivlərin açılmasını, xüsusi olaraq nəzərdə tutulan əməliyyatlar istisna olmaqla, qadağan edir. Eyni zamanda, Rusiyada yerləşən şəxslərə və ya hesablara vəsait köçürülməsinə icazə verilmir.
Oktyabrın 21-də qüvvəyə minən 131K nömrəli yeni lisenziya sentyabrın 18-də verilmiş əvvəlki 131J nömrəli icazəni əvəz edib.
Xatırladaq ki, Vahid Ələkbərov Rusiyanın "LUKoil" neft şirkətinin təsisçisi və eks-prezidenti
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031