6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Əraqçi: "Tehran və Moskva indiyədək heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib"

20-oktyabr-2026, 10:03
Əraqçi: "Tehran və Moskva indiyədək heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib"
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra Moskva və Tehran arasında tarixdə ən sıx əməkdaşlığın mövcud olduğunu bəyan edib.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.

“Tariximizdə heç vaxt İran və Rusiya indiki qədər sıx əməkdaşlıq etməyib”.

Onun sözlərinə görə, Lavrovla birlikdə “Avropadan Qərbi Asiyaya qədər bütün məsələləri, o cümlədən Livan, Fələstin, Ukrayna və Yəməni” müzakirə ediblər.

“İqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə də diqqət yetirmişik”, - Əraqçi qeyd edib və danışıqları “vaxtında keçirilmiş” görüş kimi xarakterizə edib.

Lavrov bazar ertəsi Bəhreyndən Tehrana gəlib. O, Bəhreyndə Rusiya ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasında strateji dialoqun 9-cu raundunda iştirak edib.

Bazar ertəsi axşam Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, nazirin işgüzar səfəri zamanı tərəflər siyasi dialoqun intensiv xarakter daşıdığını, hökumət və sahəvi səviyyələrdə, parlamentlər, regionlar və biznes arasında sıx qarşılıqlı fəaliyyətin mövcudluğunu qeyd ediblər.

Həmçinin bildirilib ki, Lavrov Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib, İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi ilə “ətraflı danışıqlar” aparıb və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031