İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən rabitə kabellərinə zərbə endirməklə hədələyib.
"PostMedia" xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Sualtı rabitə kabelləri İranın yeni hədəflərinə çevrilə bilər”, - SEPAH nümayəndəsi, briqada generalı Hüseyn Möhibi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazından yeddi əsas sualtı kabel keçir. Qlobal internet trafiki və kommersiya məlumatlarının ötürülməsi həmin kabellərdən asılıdır.
Möhibi ABŞ-ni İslam Respublikasına qarşı hər hansı yeni hücumdan çəkinməyə çağırıb.
“Əgər region İran üçün təhlükəli olarsa, bölgədə heç kim üçün təhlükəsizlik olmayacaq”, - general qeyd edib.