6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Canlı yayım vaxtı Hikmət Hacıyev Alen Simonyana zəng edib

16-oktyabr-2026, 11:49
Canlı yayım vaxtı Hikmət Hacıyev Alen Simonyana zəng edib
Yazı Ölçüsü:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın jurnalistlərlə söhbət zamanı Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev ona zəng edib.

"PostMedia"nın məlumatına görə, söhbət zamanı Simonyan bildirib ki, sərhədlərin açılması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyalar açıq şəkildə müşahidə olunur.

Jurnalistlərin Azərbaycanın COP17-də nümayəndə heyəti ilə təmsil olunmamasının səbəbi ilə bağlı sualını cavablandıran Simonyan 2019-cu ildə Ermənistanın da Bakıda keçirilən sammitdə iştirak etmədiyini xatırladıb.

“Onlarda da, bizdə də ölkə daxilində müəyyən məsələləri izah etmək problemi var. Lakin bunu münasibətlərimizə şamil etmək olmaz. Heç bir gərginlik yoxdur və gözlənilmir də".

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031