6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

OĞURLUQ | Maraqlı

Qadınlar Kral III Çarlzın üç quzusunu oğurlayıb və könüllü şəkildə polisə təslim olublar

28-sentyabr-2026, 20:25
Qadınlar Kral III Çarlzın üç quzusunu oğurlayıb və könüllü şəkildə polisə təslim olublar
Yazı Ölçüsü:

Britaniyalı üç heyvan hüquqları fəalı qadın Norfolkda Kral III Çarlzın fermasından üç quzu oğurlayıb, daha sonra isə hadisə barədə könüllü şəkildə polisə məlumat veriblər.

"PostMedia" “The Independent”ə istinadən  yazır ki, məhkəmə qadınları oğurluqda təqsirli bilib.

26 yaşlı Roza Şarki və Sara Foy, həmçinin 37 yaşlı Rouz Patterson 2023-cü ilin mayında heyvanları Appleton fermasından oğurlayıblar. Ertəsi gün onlar quzuları “xilas etdikləri” barədə danışmaq niyyətilə Vindzor qəsrinə gediblər.

Qəsrin təhlükəsizlik xidməti onlarla danışmaqdan imtina edib. Bundan sonra fəallar könüllü şəkildə Vindzor polis bölməsinə gedərək oğurluq etdiklərini etiraf ediblər.

Norviç Kral Məhkəməsində üç gün davam edən prosesdən sonra qadınlar təqsirli biliniblər. Onların hər birinə 12 ay müddətinə ictimai iş, 150 saat ödənişsiz iş və 250 funt sterlinq cərimə cəzası verilib.

Fəallar məhkəmədə bildiriblər ki, vicdanlarının səsinə uyğun hərəkət edib və quzuları uyğun olmayan şəraitdə saxlanılmaqdan və sonradan kəsilməkdən xilas etmək istəyiblər. Onlar həmçinin heyvanların və ekologiyanın qorunmasına marağı ilə tanınan III Çarlzın əməllərini dəstəkləyə biləcəyini iddia ediblər.

Prokuror Dinql Klark bu arqumentləri rədd edərək bildirib ki, qadınlar öz fikirlərinə diqqət çəkmək məqsədilə başqasına məxsus heyvanları götürüblər.

Fəallar oğurladıqları quzulara Semmi, Sanni və Suti adlarını veriblər. Heyvanlar sahibinə qaytarılmayıb. Müdafiə tərəfinin sözlərinə görə, quzular sağdır və hazırda sığınacaqda saxlanılır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031