6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi ilin sonunadək 1 milyard dolları ötəcək

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi ilin sonunadək 1 milyard dolları ötəcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

2026-cı ilin yekunlarına əsasən, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin 1 milyard dolları keçəcəyi gözlənilir.

"PostMedia" xəbə verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 24-də Bakıda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 881 milyon dollar təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici 900 milyon dollara çataraq ötən ilin bütöv illik nəticəsini üstələyib.

“Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Hər iki tərəf ticarət dövriyyəsinin artımını məmnunluqla qeyd etdi. Bu ilin doqquz ayında ticarət dövriyyəsi 900 milyon dollara çatıb. Bu isə o deməkdir ki, ilin yekununda göstərici 1 milyard dolları ötəcək. Bununla belə, ticarət-iqtisadi əlaqələrimizin potensialı əldə olunmuş nəticələrdən xeyli yüksəkdir və bu istiqamətdə işimizi davam etdiririk”, – deyə Bayramov vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına ümumi investisiyalarının həcmi 4 milyard dollara çatıb. Bunun 2,1 milyard dolları SOCAR-ın payına düşür.

Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 460 milyon dollar təşkil edir.

XİN rəhbəri iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı baxımından əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, son illərdə bu marşruta maraq əhəmiyyətli dərəcədə artıb və daşınan yüklərin həcmi hər il yüksəlir.

Bayramov 2026-cı ildə Azərbaycan-Gürcüstan münasibətlərində baş verən mühüm hadisələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində buraxılış qabiliyyətinin ildə 5 milyon tona çatdırılması istiqamətində işlərin başa çatmasını qeyd edib.

Bundan əlavə, altı illik fasilədən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunub.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq regionun iqtisadi əlaqələrinin və beynəlxalq tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30