6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Kristiano Ronaldu ilk serialı "Day 1s"in istehsalına başladığını elan edib

Kristiano Ronaldu ilk serialı "Day 1s"in istehsalına başladığını elan edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Portuqaliyalı futbolçu Kristiano Ronaldu britaniyalı kinorejissor Metyu Von ilə birgə futbolun biznes tərəfini əks etdirən dram serialının istehsalına başlandığını elan edib.

"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, serial "Day 1s" adlanır və istehsalın başlanması barədə məlumat Ronaldunun sosial şəbəkədəki paylaşımında yerləşdirilib.

"Day 1s" CR7 ləqəbi ilə tanınan futbolçunun Metyu Von ilə birlikdə yaratdığı "UR·MARV Studios"un ilk böyük layihələrindən biridir. Studiya məhz bu iki şəxsin əməkdaşlığı əsasında qurulub.

Serial futbolun, xüsusilə onun biznes tərəfinin necə işlədiyini əks etdirən dram janrında hazırlanır. Layihənin ümumi tərkibi və buraxılış tarixi barədə mənbələrdə əlavə məlumat verilməyib.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30