6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Dövlət orqanlarının texnoloji avadanlıq və proqram təminatı Qaydasında dəyişiklik edilib

Dövlət orqanlarının texnoloji avadanlıq və proqram təminatı Qaydasında dəyişiklik edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydasının 1.2-ci bəndində dəyişiklik edilib.

"PostMedia" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib. Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən verilib.

Dəyişikliyə görə, Qaydanın 1.2-ci bəndindən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Prezidentin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanının 3.1-ci bəndinə istinad edən ifadə çıxarılır. Həmin ifadə eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması və fəaliyyəti ilə bağlı 2018-ci il 6 noyabr tarixli 325 nömrəli və 2019-cu il 22 fevral tarixli 545 nömrəli fərmanlara dəyişiklik edilməsinə işarə edirdi.

Qərar 2026-cı il noyabrın 18-də Bakıda imzalanıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30