Moskva meri Sergey Sobyanin şəhərə doğru uçan daha 10 dronun məhv edildiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Max" kanalında məlumat verib.
Əvvəlki məlumata görə, bazar ertəsi Moskvaya yaxınlaşarkən 47 dron məhv edilmişdi. Yeni məlumatla birlikdə məhv edilən dronların ümumi sayı 57-yə yüksəlib.
Sobyanin bildirib ki, düşən dron qalıqlarının olduğu ərazidə təcili yardım xidmətlərinin mütəxəssisləri işləyir.