6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

EKOLOGİYA | Hadisə

"Google" Finlandiyada məlumat mərkəzləri tikmək üçün təxminən 400 min ağacı kəsib

22-oktyabr-2026, 19:56
"Google" Finlandiyada məlumat mərkəzləri tikmək üçün təxminən 400 min ağacı kəsib
Yazı Ölçüsü:

"Google" şirkəti süni intellektin inkişafı üçün məlumat mərkəzləri tikmək məqsədilə Finlandiyanın iki bölgəsində təxminən 400 min ağacı kəsib. İşlər ətraf mühitə təsirin zəruri qiymətləndirilməsi aparılmadan başlayıb. Bundan sonra Finlandiya hakimiyyəti işlərin müvəqqəti dayandırılmasını tələb edib.

"PostMedia" xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Ölkənin şimalında, Muhos şəhəri yaxınlığında təxminən 330 hektar meşə, yəni 250 minə yaxın ağac kəsilib. Ərazidə hətta torpağın üst qatı da götürülüb. Meşənin yerində tikinti texnikasının izləri və gölməçələrlə örtülmüş palçıqlı sahə qalıb. Yerli sakinlərin sözlərinə görə, tikinti meydançasından gələn qəhvəyi rəngli su Ouluyoki çayına tökülən kiçik çaya axır.

Ekoloqların qiymətləndirməsinə görə, Otanmyaki yaşayış məntəqəsi yaxınlığında daha 150 minə yaxın ağac kəsilib. İşlər başlayandan sonra kənd sakinləri ərazidə canavarlar görməyə başlayıblar. Ehtimal olunur ki, heyvanlar məhv edilmiş meşəni tərk ediblər. Ekoloqlar həmçinin ağacların kəsilməsi nəticəsində üçbarmaqlı ağacdələnlərin yuvalama yerlərindən məhrum olduğunu bildiriblər.

Oktyabrın əvvəlində Finlandiyanın Lisenziyalaşdırma və Nəzarət İdarəsi ətraf mühitə təsirin zəruri qiymətləndirilməsi meşə qırıntılarından əvvəl aparılmadığı üçün iki ərazidə hazırlıq işlərinin müvəqqəti dayandırılmasını tələb edib. Google işləri dayandırdığını və qurumun tələblərini yerinə yetirmək niyyətində olduğunu açıqlayıb.

Ümumi dəyəri 13 milyard avro olan layihə süni intellekt üçün infrastrukturun yaradılmasını nəzərdə tutur. Finlandiya sərin iqlimi, torpaq sahələrinin əlçatanlığı və inkişaf etmiş enerji infrastrukturu ilə texnologiya şirkətlərini cəlb edir. Lakin "Google"un planları cəmiyyətdə investisiyaların təbiətə vurulan zərəri doğruldub-doğrultmadığı və yerli sakinlərə hansı faydanı gətirdiyi barədə müzakirələrə səbəb olub.

93 mindən çox insan məlumat mərkəzlərinin tikintisi ilə bağlı qaydaların sərtləşdirilməsini və şirkətlərin ətraf mühitə vurduqları zərəri kompensasiya etməyə məcbur edilməsini tələb edən petisiyanı imzalayıb.

"Google Muhosda2 130 hektar ərazidə ağac əkməyi planlaşdırdığını bildirib. Təbiət müdafiəçiləri isə bunun vurulmuş zərərin əvəzini ödəmək üçün kifayət etmədiyini düşünürlər.

Bundan əvvəl məlum olmuşdu ki, Finlandiya hakimiyyəti meşələrin 300 hektardan çox sahədə qırılması ilə bağlı ekoloji tələblərin pozulması səbəbindən "Google"un gələcəkdə tikilməsi planlaşdırılan iki məlumat mərkəzinin ərazisində tikinti işlərinin dayandırılmasını tələb edib.

Oktyabrın 7-də isə Finlandiyada meşələrin qırılması səbəbindən "Google"un iki məlumat mərkəzinin tikintisinin dayandırıldığı bildirilmişdi.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031