6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Meta-ya 25 milyard dollarlıq rekord cərimə

22-oktyabr-2026, 12:18
Meta-ya 25 milyard dollarlıq rekord cərimə
Yazı Ölçüsü:

Nyu-Meksiko məhkəməsi istifadəçiləri mütəmadi olaraq aldatdığına və istehlakçıların hüquqlarını pozduğuna görə Meta korporasiyasını 25 milyard dollar cərimə ödəməyə məcbur edib.

"PostMedia" xəbər verir ki, bvu barədə “Reuters” və “CBS News” nəşrləri məlumat yayıb.

Qanunla nəzərdə tutulan qaydada hər bir sübuta yetirilmiş qəsdən pozuntuya görə 5 min dollar hesablandıqda, cərimənin məbləği 219 milyard dolları ötürdü. Lakin məhkəmə bu məbləği azaldıb. Bununla belə, ştatın baş prokuroru Raul Torresin sözlərinə görə, bu, ABŞ-də hər hansı şirkətə qarşı tətbiq edilmiş ən böyük cərimələrdən biridir.

Məhkəmə prosesinə "Meta"nın, o vaxt hələ "Facebook" adlanan şirkətin də cəlb olunduğu "Cambridge Analytica" ətrafında yaranmış qalmaqal səbəb olub. Artıq fəaliyyətini dayandırmış həmin şirkət siyasi məsləhət xidmətləri göstərərkən "Facebook" istifadəçilərinin məlumatlarından istifadə etmişdi. Nyu-Meksiko isə "Meta" rəhbərliyinin istifadəçi məlumatlarının heç vaxt satılmadığı və ya başqalarına ötürülmədiyi barədə illər boyu yalan danışdığına görə şirkəti məhkəməyə vermişdi.

Hakim Frensis Metyu vurğulayıb ki, qanun pozuntuları və istifadəçi məlumatları ilə bağlı yalan bəyanatlar qəsdən edilib və 2010-cu ildən 2021-ci ilədək, 11 ildən çox davam edib. Hakimin qiymətləndirməsinə görə, “yalan danışmaq şirkətin fəaliyyət tərzinin əsasını təşkil edib”.

Cərimənin məbləği təxminən "Meta"nın bir rüblük mənfəətinə bərabərdir.

Şirkət bu il digər işlər üzrə də cərimələnib və ya barışıq sazişləri imzalayıb. Məsələn, uşaqların təhlükəsizliyi ilə bağlı iş üzrə Meta Kaliforniyanın rəhbərlik etdiyi ştatlar koalisiyası ilə 18 milyard dollarlıq barışıq sazişi imzalayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031