"Çini Xəzər dənizi, daha sonra isə Avropa bazarları ilə birləşdirəcək irimiqyaslı nəqliyyat layihəsinə start verilir. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artmasına töhfə verəcək. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz bu layihənin uğurlu olduğunu açıq şəkildə nümayiş etdirir. Söhbət Orta Dəhlizdən gedir".
"PostMedia" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin 8-ci Məşvərət Görüşündə bildirib.
“Qazaxıstan üçün Şimal-Cənub marşrutu xüsusi aktuallıq kəsb edir. Lakin Rusiya ilə əməkdaşlıq çərçivəsində, Dünya Bankının qiymətləndirmələrinə görə, infrastrukturla bağlı bütün məsələlər həll olunarsa, 2040-cı ilədək Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmi dörd dəfə arta bilər.
Hesab edirəm ki, hələlik ekspertlər səviyyəsində Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsünə inteqrasiyası məsələsini müzakirə etmək olar. Bu, mövcud potensialı genişləndirər və bütün ölkələrimizin uzunmüddətli maraqlarına uyğun olardı”, — deyə Qazaxıstan Prezidenti qeyd edib.