6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiyada işləyənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə minir

Rusiyada işləyənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə minir
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Rusiyada 2027-ci il yanvarın 1-dən əmək patenti əsasında çalışan əcnəbilərin əmək fəaliyyəti barədə Daxili İşlər Nazirliyinin (DİN) ərazi orqanlarına məlumat verilməsi qaydası dəyişəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi məlumatında bildirilib.
Yeni tələblərə əsasən, bildirişlərin təqdim edilməsi qaydası işəgötürənin statusundan asılı olacaq.
Belə ki, fiziki şəxslərin yanında çalışan əcnəbilər əmək patentini aldıqları tarixdən etibarən iki ay ərzində müstəqil şəkildə Rusiya DİN-in müvafiq ərazi orqanına bildiriş təqdim etməlidirlər.
Hüquqi şəxslərin yanında işləyən əcnəbilərlə bağlı isə əmək müqaviləsinin bağlanması və ya ona xitam verilməsi barədə məlumatı işəgötürən təqdim edəcək. Bunun üçün üç günlük müddət müəyyənləşdirilib.
Əcnəbi işçinin işdən azad edilməsi barədə Rusiya DİN-ə vaxtında məlumat verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Qayda pozuntusuna yol verən işəgötürənlər 800 min rubla qədər cərimələnə və ya onların fəaliyyəti 90 günədək inzibati qaydada dayandırıla bilər.
Bildirilib ki, işəgötürənlər üçün əcnəbi vətəndaşların əmək fəaliyyəti barədə bildiriş təqdim etməyin ən əlverişli üsulu Rusiyanın “Qosusluqi” (Госуслуги) dövlət xidmətləri portalından istifadə etməkdir.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30