6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Apple" süni intellektin sağlamlıqda istifadəsini öyrənmək üçün tətbiq buraxıb

"Apple" süni intellektin sağlamlıqda istifadəsini öyrənmək üçün tətbiq buraxıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Apple" istifadəçilərin süni intellektdən sağlamlıq məsələlərində necə istifadə etdiyini öyrənmək məqsədilə "OpenEvidence" ilə birlikdə yeni tədqiqat tətbiqi təqdim edib.

"PostMedia" xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Tətbiq istifadəçilərə "ChatGPT" və ya "Claude"da olduğu kimi sağlamlıqla bağlı suallar vermək imkanı verəcək. Cavablar isə "The New England Journal of Medicine", "Journal of the American Medical Association" və "Nature" kimi mənbələrdən götürülən klinik məlumatlara əsaslanacaq. "Apple"ın sözlərinə görə, tətbiq gündəlik tibbi suallara sadələşdirilmiş cavablar verməyə çalışacaq. İstifadəçilər cavabları qiymətləndirə və onlar barədə rəy yaza biləcək, eyni zamanda hər ay keçiriləcək sorğularda iştirak etmələri xahiş olunacaq.

İştirakçılar daha fərdi və dəqiq tövsiyələr almaq üçün "HealthKit"dən məlumatları, məsələn, istirahət zamanı ürək döyüntüsünü, fəaliyyəti, yuxunu və ya laboratoriya nəticələrini paylaşa bilərlər. Şirkət bildirib ki, tətbiq istifadəçilərə həkimlə görüşə daha yaxşı hazırlaşmağa kömək edə və narahatlığa səbəb olan xüsusi tibbi məsələlər üzrə müvafiq mütəxəssislərə yönləndirə bilər.

"Apple" məlumatların göndərilməzdən əvvəl anonimləşdiriləcəyini və təhlükəsiz üçüncü tərəf bulud provayderinə ötürüləcəyini açıqlayıb. Həmçinin bildirilib ki, bu məlumatlar hər hansı süni intellekt modelinin təlimində istifadə olunmayacaq. "OpenEvidence" sorğu və cavab məlumatlarını 24 saatdan sonra silir.

Tədqiqatın rəhbərliyi ilə bağlı "Apple"ın Sağlamlıq və Fitnes üzrə vitse-prezidenti Sumbul Desai bəyanatında deyib: "Apple-da məsuliyyətli innovasiya elmi dəqiqlik və klinik əsaslandırmadan başlayır. Sağlamlıq çox şəxsi məsələdir və xüsusi tədqiqat aparmaq insanların gündəlik həyatda sağlamlıq üzrə süni intellektlə necə əlaqə qurduğunu, onu necə anladığını və qiymətləndirdiyini öyrənmək üçün ən düşünülmüş yoldur." O əlavə edib ki, tədqiqatın nəticələri elmi müzakirəyə töhfə verəcək və texnologiya inkişaf etdikcə insanları sağlamlıq yolunda real dəstəkləyən etibarlı alətlər yaratmağa davam ediləcək.

Tətbiq bu gündən ABŞ-dakı istifadəçilər üçün yüklənməyə açıqdır. Tədqiqatda iştirak etmək üçün ABŞ-də yaşayan, 21 yaşdan yuxarı olan, "iPhone 15" və ya daha yeni model, "iOS 26" və ya daha yeni versiya quraşdırılmış və "Apple Intelligence" aktiv olan istifadəçilər dəvət olunur. Şirkət tədqiqatı 200 min iştirakçı ilə 12 aydan çox müddətə aparmağı planlaşdırır.

Xatırladaq ki, "OpenAI" bu ilin əvvəlində bildirib ki, istifadəçilər hər həftə sağlamlıqla bağlı 300 milyondan çox sorğu göndərirlər. Hələlik isə aydın deyil ki, "Apple" süni intellektə əsaslanan cavab imkanını "Health" tətbiqinə və ya "Siri"yə əlavə etməyi planlaşdırırmı.

Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30