6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Mərkəzi Bankın sədri 2027-ci il büdcə layihəsinin hədəflərlə uzlaşdığını bildirib

Mərkəzi Bankın sədri 2027-ci il büdcə layihəsinin hədəflərlə uzlaşdığını bildirib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Mərkəzi Bankın sədri Taleh Kazımov 16 noyabrda Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində çıxış edib.

"PostMedia" xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, çıxışı zamanı Mərkəzi Bankın sədri 2026-cı ilin ötən dövrü üzrə makroiqtisadi vəziyyət və ortamüddətli dövrə proqnozlar barədə məlumat verib.

Mərkəzi Bankın sədri vurğulayıb ki, növbəti il və ortamüddətli dövr üzrə təqdim edilmiş dövlət və icmal büdcə layihələri ölkənin makroiqtisadi sabitlik və iqtisadi inkişaf hədəfləri ilə uzlaşır.

Onun sözlərinə görə, makroiqtisadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır. Mərkəzi Bankın sədri öncəki illərdə olduğu kimi, növbəti ildə də sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Mərkəzi Bankın sədri 2027-ci ildə də pul siyasətinin qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəyini ifadə edib.

O, qarşıdakı dövrdə maliyyə sektorunun bütün seqmentlərində sabitliyin qorunması üçün risklərin qabaqlayıcı şəkildə müəyyən edilməsinin, institusional potensialın və nəzarət mexanizminin gücləndirilməsinin diqqətdə saxlanılacağını söyləyib.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30