Şəkinin Kiş kəndi ərazisində 100-dən artıq fıstıq ağacını qanunsuz kəsməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.
"PostMedia" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şübhəlilər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı kəsilmiş ağacların bəzilərinin 100-150 yaşında olduğu, onların emal edilərək satıldığı müəyyən edilib.