Prezident İlham Əliyev Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqı ilə bir yerdə olmasının bütün xalqı sevindirdiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu sözləri dövlətimizin başçısı Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında deyib.
Prezident Ərdoğana bu səbəbdən xüsusi minnətdarlığını bildirib.
İlham Əliyev düz 6 il əvvəl Şuşa şəhərinin erməni işğalından azad edildiyini, ondan bir gün sonra isə Ermənistanın rəsmən təslim olduğunu xatırladıb.