Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukrayna polisi ilə birgə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçılarını saxlayaraq ölkəyə gətirib.
"PostMedia" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, şəbəkə hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq onların pul vəsaitlərini ələ keçirirdi.