6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

Almaniyada iki nəfər iki yerlik təyyarənin üzüm bağında qəzaya uğraması nəticəsində həlak olub

05-oktyabr-2026, 04:32
Almaniyada iki nəfər iki yerlik təyyarənin üzüm bağında qəzaya uğraması nəticəsində həlak olub
Yazı Ölçüsü:

Almaniyanın Baden-Vürtemberq federal əyalətində iki yerlik yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

”PostMedia” xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Polisin məlumatına görə, təyyarə bazar günü günorta saatlarında Gündelsheim şəhəri yaxınlığındakı aerodroma enməyə yaxınlaşıb. Lakin pilot hələlik məlum olmayan səbəbdən enişi yarımçıq dayandırıb.

Bundan sonra təyyarə hasara toxunub, ağaca çırpılıb və yaxınlıqdakı üzüm bağına düşüb. Təyyarədə yanğın baş verib.

Təyyarədə olan hər iki şəxs həlak olub. Onların meyitləri yanmış təyyarənin içərisində aşkarlanıb. Polisin məlumatına görə, təyyarədə başqa şəxslərin ola biləcəyinə dair hər hansı əlamət yoxdur.

Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Təyyarənin mənşəyini də müəyyənləşdirmək mümkün olmayıb. Yanğından sonra onun qeydiyyat nömrəsi oxunmaz hala düşüb.

Polis və aviasiya qəzalarını araşdıran mütəxəssislər qəzanın səbəblərini müəyyənləşdirirlər. Araşdırılan versiyalar arasında pilotun səhvi və texniki nasazlıq da var.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031