Hörmüz boğazında, Omanın Xasab limanı yaxınlığında iki neft tankeri dəniz minasına düşərək partlayıb və yanmağa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hadisə Xasab limanının şimalında baş verib.
SEPAH iddia edir ki, hər iki gəmi naviqasiya sistemlərini söndürüb və razılaşdırılmamış marşrut üzrə hərəkət etməyə çalışıb.
SEPAH-ın məlumatına görə, gəmilərdən biri 2 milyon barel neft daşımaq qabiliyyətinə malik supertankerdir. Tankerdə yanğın davam edir.