Finlandiya Sərhəd Mühafizəsi Finlandiya körfəzində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Sparta II” quru yük gəmisinin xilasetmə əməliyyatı zamanı göstərdikləri peşəkarlığa görə rusiyalı dəniz xilasedicilərinə təşəkkür edib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Finlandiya Sərhəd Mühafizəsi Rusiya tərəfinə göndərdiyi məktubda “Murman” və “Xilasedici Karev” gəmilərinin ekipajlarının peşəkarlığını xüsusi qeyd edib.
Məlumatda vurğulanıb ki, rusiyalı xilasedicilərin əməliyyatı insanların həyatının xilas edilməsində mühüm rol oynayıb.
Qeyd edək ki, daha əvvəl pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Sparta II” quru yük gəmisinin Sankt-Peterburq limanına yedəklənərək gətirildiyi bildirilmişdi.
Hazırda gəmidə qəza-xilasetmə işləri davam etdirilir.