Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.
"PostMedia" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.
Müzakirələrdə təhsil ictimaiyyətinin nümayəndələri riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin məzmununa dair rəy və təkliflərini bölüşüblər. Səsləndirilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.