6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Noyabrın 15-də Bakıda axşam yağış ehtimalı var və güclü şimal-qərb küləyi əsəcək

Noyabrın 15-də Bakıda axşam yağış ehtimalı var və güclü şimal-qərb küləyi əsəcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək.

"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağa bilər. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz isə 8-13 dərəcə isti gözlənilir.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30