İzmirin Aliağa rayonundakı dəmir-polad fabrikasında baş verən partlayışla bağlı gözaltına alınan 11 şübhəlidən 9-u həbs edilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
Partlayış nəticəsində 18 nəfərin həyatını itirdiyi bildirilir. Hadisə ilə bağlı gözaltına alınan şübhəlilərdən 9-u tutuqlanıb.
Digər məlumata görə, şirkətin idarə heyətinin sədri də daxil olmaqla 2 şübhəli ev dustaqlığı şəklində ədli nəzarət şərti ilə sərbəst buraxılıb.