İtalyan kinorejissor Tinto Brass 93 yaşında vəfat edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, rejissorun ölümü barədə məlumatı ailəsi İtaliyanın ANSA agentliyinə çatdırıb.
Brass Romada dünyasını dəyişib. Ölüm səbəbi dəqiqləşdirilməyib.
Tinto Brass 1933-cü ildə Milanda, venesiyalı sənətkarlar ailəsində anadan olub. O, əvvəlcə hüquq təhsili alıb, sonra kinoya yönəlib. Rejissor 33 filmin müəllifidir və ən çox erotik kinoya verdiyi töhfə ilə tanınıb.
Onun ən məşhur işləri sırasında "Kaliqula", "Salon Kitti" və "Açar" filmləri var. "Kaliqula"nın çəkilişləri zamanı Brass ssenarist Qor Vidalla münaqişə yaşayıb. Filmdə baş rolu Malkolm Makdauell ifa edib.
Rusiyanın "Kommersant" qəzeti yazır ki, 1980-ci illərdən Brassın filmləri SSRİ-də və Şərqi Avropada leqal yayılmağa başlayıb. Nəşrin qiymətləndirməsinə görə, postsovet məkanında bütöv bir nəsil onun filmləri ilə böyüyüb.