ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbinlik ifadə edərək Moskva ilə Kiyevin razılaşma imzalamağa yaxın olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, Tramp bu fikirləri "Financial Times"a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, hər iki tərəf artıq "Gəlin razılaşma əldə edək" deməyə hazır olduğu mərhələdədir.
"Financial Times" qeyd edir ki, Amerika lideri Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında irəliləyişlərlə bağlı nikbinliyini bildirib. Nəşrin yazdığına görə, Ukraynanın danışıqlar aparan nümayəndələri Trampın bu nikbinliyini bölüşmürlər.
Rusiya, ABŞ və Ukraynanın üçtərəfli danışıqları noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.