Yaponiyanın "Nikkei" fond indeksi ABŞ-dəki aralıq Konqres seçkilərindən sonra 1,42 % enib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, investorlar Demokratik Partiyanın qələbəsinin süni intellekt sahəsinin tənzimlənməsinin sərtləşməsinə gətirib çıxara biləcəyindən narahatdırlar.
Asiya bazarlarında ən çox itkiyə texnologiya şirkətlərinin səhmləri məruz qalıb. Neftin qiyməti də ucuzlaşıb.
Hələ yekun olmayan nəticələrə görə, Demokratların Nümayəndələr Palatasında çoxluq qazanması gözlənilir. Senatda da onların üstünlük əldə edəcəyi ehtimal olunur. Investorlar Konqresə nəzarətin Demokratlara keçməsinin qanunvericilikdə ilişməyə səbəb ola biləcəyindən və Donald Trampın iqtisadi gündəliyini məhdudlaşdıra biləcəyindən ehtiyatlanırlar.
ABŞ dollarının indeksi də enib. Moskva vaxtı ilə saat 07:18-də indeksin enmə tempi zəifləyərək 101,334 bəndə çatıb. Anadolu Agentliyinin məlumatına görə, bu, son beş həftənin ən aşağı göstəricisidir.