6°C Bakı
1$ = 1.70₼
Şou

"Lionsgate" və "Sony" Destin Deniel Krettonun "Naruto" filmi üçün birləşib

"Lionsgate" və "Sony" Destin Deniel Krettonun "Naruto" filmi üçün birləşib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Lionsgate" studiyası Masaşi Kişimotonun "Naruto" mangası əsasında aktyorların çəkiləcəyi filmin istehsalı üçün "Sony Pictures" ilə əməkdaşlıq edəcək.

"PostMedia" "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bir neçə studiyanın iştirak etdiyi rəqabətli təkliflərdən sonra əldə olunan razılaşmaya görə, "Sony" filmin birgə maliyyələşdirilməsində iştirak edəcək və beynəlxalq yayımı öz üzərinə götürəcək.

"Lionsgate" layihəyə rəsmi şəkildə yaşıl işıq yandırıb. Filmin ssenarisini Destin Deniel Kretton yazacaq, həm də rejissor və prodüser olacaq. Çəkilişlərin 2027-ci ilin yazında başlaması planlaşdırılır. "Lionsgate" filmin hazırlanmasına və istehsalına nəzarət etməyi, daxili bazarda yayımı həyata keçirməyi davam etdirəcək.

Kretton bu layihəyə 2,5 milyard dollar gəlir gətirmiş "Spider-Man: Brand New Day" filmindən sonra keçir. O, sentyabrda "Sony" ilə üç illik "first-look" prodüser müqaviləsi imzalayıb. "Sony" həmçinin ən məşhur anime yayım platformalarından biri olan "Crunchyroll"un sahibidir.

"Manqa və anime sahəsindəki dərin təcrübəsi və qlobal yayım imkanları ilə "Sony Pictures" "Naruto" üçün mükəmməl tərəfdaşdır", — deyə "Lionsgate Motion Picture Group"un sədri Adam Foqelson bəyanatında bildirib. Onun sözlərinə görə, tərəflər filmi həm mövcud pərəstişkarların sevdiyi ruhu qoruyan, həm də yeni tamaşaçıları cəlb edən qlobal kino hadisəsinə çevirmək məqsədi daşıyır.

"Sony"nin Motion Picture Group bölməsinin icraçı direktoru və sədri Tom Rotman isə "Lionsgate"in yüksək səviyyəli adaptasiya hazırladığını deyib. O əlavə edib ki, bu yayın Destin Krettonla uğurlu əməkdaşlıqları olub və yenidən onunla işləməkdən məmnundurlar.

"Naruto"nun uzun illərdir pərəstişkarı olduğunu deyən Kretton bəyanatında hekayənin təsirli döyüş səhnələrinin arxasında ürək, yumor və insanlıq dolu süjetin dayandığını vurğulayıb. Rejissor "Lionsgate" ilə də, "Sony" komandası ilə də işləməkdən məmnun olduğunu bildirib.

"Naruto" kəndinin lideri olmağı arzulayan gənc ninja Naruto Uzumakinin böyümə hekayəsidir. Onun daxilində doqquz quyruqlu iblis tülkünün ruhu yaşayır. Əsər 1999-2014-cü illərdə Yaponiyada "Weekly Shonen Jump" jurnalında dərc olunub, sonra isə "Cartoon Network" və "Disney XD" kanallarında uzun illər yayımlanan animasiya seriallarına çevrilib.

Kişimotonun manqası 60-dan çox ölkə və ərazidə 250 milyondan artıq nüsxə satılıb və çoxmilyardlıq franşizaya çevrilib. Anime isə 145-dən çox ölkə və ərazidə tamaşaçıya çatıb.

Layihədə hələlik yalnız Çarlz Melton iştirak edir. Aktyor baş qəhrəmanın mentoru olan elit ninja Kakaşi Hatakenin rolu üçün danışıqlar aparır. Naruto rolunun ifaçısının axtarışı davam edir.

Filmin prodüserləri Avi Arad, Ari Arad və Emmy Yu "Arad Productions" adından çıxış edir. Kretton isə "Hisako" şirkəti vasitəsilə Ceyyun Munfordla birlikdə prodüser olacaq. Layihəyə "Lionsgate" tərəfdən Erin Vestermen və Ceyms Mayers nəzarət edir.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30