6°C Bakı
1$ = 1.70₼
ELM-TƏHSİL

Respublika Fənn Olimpiadalarına qeydiyyat noyabrın 3-də başlayır

Respublika Fənn Olimpiadalarına qeydiyyat noyabrın 3-də başlayır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat noyabrın 3-də saat 15:00-dan başlayır.

"PostMedia" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeydiyyat noyabrın 18-də saat 15:00-dək davam edəcək. İştirakçılar portal.edu.az platformasına daxil olaraq "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətlərdən istifadə edə bilərlər.

VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları 8 fənn üzrə təşkil olunur. Bunlar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarixdir.

Bu il ilk dəfə olaraq ingilis bölməsi üzrə təhsil alan şagirdlər də Azərbaycan və rus bölmələrində oxuyanlarla yanaşı, portalda müvafiq bölməni seçməklə qeydiyyatdan keçə biləcəklər.

Tədris dili fərqli olan şagirdlərə olimpiadada Azərbaycan, rus və ya ingilis dillərindən birini seçərək iştirak etmək imkanı yaradılacaq.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30