ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu şənbə günü Vaşinqton və Tehran arasında aparılan danışıqların vəziyyəti ilə bağlı telefon danışığı aparıb.
"PostMedia" "Axios"a istinadən xəbər verir ki, məlumatlı mənbələrin sözlərinə görə, Netanyahu Trampı çərşənbə axşamı keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdən dərhal sonra İrana zərbə endirməyə çağırıb.
Amerika lideri isə hələlik danışıqların başa çatmasına imkan vermək istəyir. Mənbələrin bildirdiyinə görə, bu strategiya Netanyahunu narahat edir.
İsrail mənbəyi telefon söhbətini "sərt", amerikalı həmsöhbət isə "açıq" adlandırıb.
Qətər vasitəçiləri tərəflər arasında birbaşa danışıqların bərpası üzərində işləyir. Tramp isə zərbələri yenidən başlatmaqda "çox tələsmədiyini" bildirib.
"MS NOW" telekanalı mənbələrə istinadən yazıb ki, ABŞ hakimiyyəti Fars körfəzindəki müttəfiqlərinə noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana yenidən hücum etmək ehtimalı barədə məlumat verib. Telekanalın iki mənbəyinin sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsen Rezaiyə məktub göndərib və məktubda Vaşinqton ilə Tehranın rəsmi nümayəndələrinin görüşünü təklif edib.
Foto: Interfax