Mayeləşdirilmiş təbii qaz (LNG) üzrə əlçatan həcmlər uğrunda rəqabət dünya bazarında tarazlıq bərpa olunana qədər yüksək qalacaq, "Cheniere" şirkətinin icraçı vitse-prezidenti Anatol Feyqin bildirib.
"PostMedia" Cheniere-a istinadən xəbər verir ki, bu fikirləri "Cheniere" şirkətinin icraçı vitse-prezidenti Anatol Feyqin səsləndirib.
Şirkət rəsmisinin sözlərinə görə, ABŞ-nin LNG tədarükü yenidən Asiyadan Avropaya yönəlib.
Feyqin Avropanın qış mövsümündə qaza tələbatını ödəmək üçün 69 milyon ton LNG-yə ehtiyacı olduğunu da deyib. Onun fikrincə, bazarda əlçatan həcmlər azaldığı üçün Avropa digər alıcılarla daha aqressiv rəqabət aparmalı olacaq.