6°C Bakı
1$ = 1.70₼
VAKANSİYA

Dövlət qulluğunda 13 vakant inzibati vəzifə üçün daxili müsahibə elan olunub

28-oktyabr-2026, 17:30
Dövlət qulluğunda 13 vakant inzibati vəzifə üçün daxili müsahibə elan olunub
Yazı Ölçüsü:

9 dövlət orqanında 13 vakant inzibati vəzifənin tutulması üçün daxili müsahibə elan edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Elana Hesablama Palatası, Dövlət Su Ehtiyatları Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxildir. Hesablama Palatasında Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin müdiri, Su Ehtiyatları Agentliyində Katiblik şöbəsinin müdiri vəzifəsi üzrə müsahibə keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Maliyyə şöbəsi müdirinin müavini, Ekologiya və Təbii Sərvətlər Nazirliyində isə İnsan kapitalı sektorunun müdiri vəzifəsi vakantdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4 vəzifə üzrə müsahibə olacaq. Bunlar Əmək siyasəti, İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza, Beynəlxalq əlaqələr, Daxili nəzarət və audit şöbələri müdirinin müavini vəzifələridir.

Dövlət Statistika Komitəsində Əmək və əhalinin həyat səviyyəsinin statistikası şöbəsinin müdiri vəzifəsi vakantdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Layihələrin idarəedilməsi və texnoloji həllər şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində aparat rəhbərinin müavini və Sənəd dövriyyəsi və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi üzrə müsahibə keçiriləcək. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində Maliyyə məsələləri və inzibati işlər şöbəsinin müdiri vəzifəsi də elana daxildir.

Daxili müsahibədə vakant vəzifəni təqdim edən orqanda inzibati vəzifədə çalışan və ixtisas dərəcəsi olan dövlət qulluqçuları iştirak edə bilər. Orqanın ləğvi və ya ştatların ixtisarı səbəbindən həmin orqanda ehtiyat kadr kimi saxlanılan şəxslər, habelə elanda göstərilən kateqoriyalı orqanlarda müvafiq təsnifatlı vəzifələrə iddia edənlər də iştirak hüququna malikdir.

Namizədlər 19 oktyabr 2026-cı il tarixindən 2 noyabr 2026-cı il saat 18:00-dək exidmet.dim.gov.az portalında Dövlət qulluğu üzrə müraciət formasını doldurub qeydiyyatdan keçməlidir. Müraciət formasına ali təhsil sənədinin və əmək kitabçasının skan edilmiş surətləri əlavə olunmalıdır.

Qeydiyyatı qəbul edilməyən namizədə portal vasitəsilə elektron bildiriş göndərilir. Çatışmazlıqlar 3 iş günü ərzində aradan qaldırılmasa, namizəd müsahibəyə buraxılmır.

Müsahibənin vaxtı və yeri sənəd qəbulu başa çatdıqdan sonra www.dim.gov.az portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək qrafikdə açıqlanacaq. Namizəd müsahibədə maksimum 20 bal toplaya bilər, keçid balı 16-dır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031