ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasına görə İranın məsuliyyət daşıdığını bildirib.
"PostMedia" xəbər verir ki, Tramp bunu Missisipi ştatında seçkiqabağı mitinq zamanı bildirib.
“Biz İranla müharibəyə başlamamışıq. İran bizə qarşı müharibəyə başlayıb”.
Amerika lideri Tehranın nüvə raketi yaratmasına cəmi iki həftə qaldığı barədə iddiasını bir daha təkrarlayıb.
“Düşünmürəm ki, seçim imkanımız var idi. Onların nüvə raketi yaratmasına cəmi iki həftə qalmışdı. İran dünyada terrorizmin bir nömrəli sponsoru olan dövlət hesab olunur”, – deyə ABŞ Prezidenti bildirib.
O, daha əvvəl İranla əldə olunmuş atəşkəs razılaşmasını da “vaxt itkisi” adlandırıb.
“Biz kiçik bir atəşkəs əldə etmişdik, lakin bu, heç vaxt mənim xüsusilə xoşuma gəlməyib”, – deyə Tramp bildirib.
“Biz nəzakətli davranmaq istəyirik, lakin mənim başa düşdüyüm qədər, bu, vaxt itkisi idi”, – deyə o qeyd edib.