6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

CNN: Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülə bilər

08-oktyabr-2026, 09:51
CNN: Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülə bilər
Yazı Ölçüsü:

Nyu-York prokurorluğu ABŞ tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşır.

"PostMedia"nın xəbərinə görə, CNN telekanalı məlumatlı mənbələrinə istinadən xəbər verir ki, bu ittihamlar son illərdə Venesuela həbsxanalarında saxlanılan amerikalıların guya işgəncələrə məruz qalması ilə bağlıdır.

Mənbələrin bildirdiyinə görə, bu barədə artıq oktyabrın 8-i, cümə axşamı günü açıqlama verilə bilər.

Telekanalın həmsöhbətləri dəqiqləşdiriblər ki, yeni ittihamlar Maduro hakimiyyəti dövründə Venesuelada ABŞ-ın qiymətləndirməsinə əsasən, 10-dan çox ABŞ vətəndaşının qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədardır.

Mənbələrdən biri əlavə edib ki, müstəntiqlər amerikalılara işgəncə verilməsində iştirak etdikləri iddia olunan daha bir neçə şəxsə qarşı ittiham irəli sürülməsi imkanını da nəzərdən keçirirlər.

2026-cı ilin əvvəlində ABŞ hərbi əməliyyat keçirib və həmin əməliyyat zamanı Prezident Maduro və həyat yoldaşını Venesueladan çıxarıb. Əməliyyatın rəsmi səbəbi Maduronun ABŞ-da narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olması olub.

Maduro və həyat yoldaşının məhkəməsi 2027-ci il iyunun 1-nə təyin edilib.

Andlılar onların ABŞ-a kokain idxal etmək məqsədilə qurulan sui-qəsddə iştirak etdiklərini təsdiqləsələr, onları ömürlük həbs cəzası gözləyir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031