6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İrandan Azərbaycana narkotik daşıyan paratrike zərərsizləşdirilib

İrandan Azərbaycana narkotik daşıyan paratrike zərərsizləşdirilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib. Uçuş aparatından ümumi çəkisi 21 kiloqram 210 qram olan narkotik vasitə aşkar edilərək götürülüb. Bunun 19 kiloqram 270 qramı marixuana, 1 kiloqram 940 qramı isə tiryəkdir. Bundan başqa, 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi də aşkarlanıb.

Uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

Xidmətdən bildirilib ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycanın ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə olunub. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.

Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin uğurla davam etdirildiyini də vurğulayıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30