Rusiyanın keçmiş vitse-premyeri və mətbuat naziri Mixail Poltoranin 86 yaşında vəfat edib.
**PostMedia** xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.
Ölüm xəbərini Mixail Poltoraninin oğlu Konstantin Poltoranin agentliyə təsdiq edib. Onun sözlərinə görə, atası bu gün günorta vəfat edib və son vaxtlar ağır xəstəlik çəkirdi.
Mixail Poltoranin 1939-cu il noyabrın 22-də Qazaxıstan SSR-in Leninoqorsk şəhərində anadan olub. Karyerasına jurnalist kimi başlayıb və "Pravda" qəzetinin müxbiri olub.
Müxtəlif illərdə "Moskovskaya pravda" qəzetinin baş redaktoru, Rusiyanın mətbuat və kütləvi informasiya naziri, Rusiya hökumətinin sədr müavini vəzifələrində çalışıb. Prezident yanında arxivlər üzrə xüsusi komissiyaya rəhbərlik edib.
Siyasi karyerası çərçivəsində SSRİ Xalq deputatı olub, həmçinin Rusiya Dövlət Dumasının birinci çağırış deputatı kimi fəaliyyət göstərib.