ABŞ Konqresi süni intellekt (AI) çiplərinin ixracına nəzarət qaydalarını sərtləşdirmək niyyətindədir.
"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, həm Demokrat, həm də Respublikaçı partiyasından olan konqresmenlər AI çiplərinin ixracını məhdudlaşdıran və Konqresə bu məhsulların tədarükünə nəzarət etmək, zərurət yarananda isə onları bloklamaq hüququ verən qanun layihələrini dəstəkləyir.
"Beacon Policy Advisers" konsaltinq şirkətinin böyük analitiki Ouen Tedford bildirib: "Belə qanunların qəbul olunma ehtimalı son skandaldan sonra, şübhəsiz ki, artıb".
Müzakirə olunan qanun layihələrindən biri "Uzaqdan çıxış təhlükəsizliyi haqqında" qanundur. Bu qanun Çin şirkətlərinin bulud xidmətləri vasitəsilə AI çiplərinə uzaqdan çıxış imkanlarını məhdudlaşdıracaq. Censen Huanq əvvəllər ixrac nəzarətinin yumşaldılmasını müdafiə edirdi, lakin son skandal səbəbindən siyasətin sərtləşməsi gözlənilir.
Qəzet iddia edir ki, skandalın mərkəzində Censen Huanqın sevgilisi olduğu bildirilən Çin sahibkarı Elis Huanq durur. ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, o, Çin Xalq Respublikasının casusudur.
Noyabrın 12-də "Nvidia" Censen Huanqın istefaya getdiyini elan edib. ABŞ Maliyyə naziri Skott Bessent isə şirkətdə "radikal dəyişikliklər"ə və xaricdən baş icraçı direktorun təyin edilməsinə çağırış edib.